Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Biz dilimizi qoruyub nəsildən - nəslə ötürməliyik

0

  •          Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.   Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.                                   Heydər Əliyev            İnsanın tam xoşbəxt olması üçün doğma vətəni, doğma dili olmalıdır. Azərbaycanın ən qədim sərvəti, 50 milyon insanı birləşdirən vasitə, öz gözəlliyi, sadəliyi, təbiiliyi ilə seçilən dil-Azərbaycan dili. Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.          Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini və dilini itirməmişdir.    Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrindən olub. AXC hökumətinin 1918 - ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi.   Azərbaycanda Sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə 1937 - ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə olunsa da, bu qərar heç də uğurlu olmadı. Nəhayət, Respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edildi.         Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi istiqamətində yeni üfüqlər açıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutdu. Konstitusiyasının 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Dili Azərbaycan Dilidir və Azərbaycan Respublikası Azərbaycan Dilinin inkişafını təmin edir.        Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verildi. Bu istiqamətdə müxtəlif taleyüklü fərmanlar, sərəncamlar qəbul olunurdu. Doğma dilinə hər zaman həssaslıqla yanaşan Ulu öndərimiz dilimiz haqqında belə deyirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.   Ulu öndərin dilimizə olan qayğısı, sevgisi hər an öz bəhrəsini verirdi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “Fərman imzalandı. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edildi, həmin problemlərin həlli yolları göstərildi. Dahi rəhbərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında “2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.         Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngin, nə qədər məlahətli, nə qədər şirindir.                          Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilir. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12 də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “sərəncam imzaladı. Sərəncama əsasən, dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli oldu.         Bu gün hər bir kəs əminliklə deyə bilər ki, Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçısının hər zaman diqqət mərkəzində olan mühüm məsələlərindəndir. Hər bir azərbaycanlı öz vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilinə qayğı ilə yanaşmalı, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Bu yolla biz dilimizi qoruyub nəsildən - nəslə ötürməliyik.      Artıq iyirmi bir ildir ki, bu əlamətdar günü qeyd edirik. Neçə belə illərə… Ana dilimizin və Əlifbamızın bayramı mübarək! Sevda Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Biz dilimizi qoruyub nəsildən nəslə ötürməliyik

    Maraqlı gələ bilər
    48
    37